Modern.az

İsveç Ukraynaya artilleriya qurğuları verəcək

İsveç Ukraynaya artilleriya qurğuları verəcək

Dünya

16 Mart 2023, 21:46

İsveç Ukraynaya 8 ədəd "Archer" özüyeriyən artilleriya qurğusu verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Paul Consson məlumat verib.

 

O qeyd edib ki, "Archer" düşmən artilleriya sistemlərini dərindən vura bilir. İlk artilleriya sistemi bir neçə aydan sonra Ukraynaya göndəriləcək.

 

Bildirilib ki, İsveç ordusunun 24 ədəd "Archer" silahı var. 48 ədəd artilleriya qurğusu isə anbarlarda saxlanılır.

 

Bundan əvvəl İsveç hökuməti Ukrayna Silahlı Qüvvələrinə 10 ədəd "Leopard" tankının verilməsini qərara alıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu