Modern.az

Moldovada parlament dövlət dilinin dəyişdirilməsinə dedi

Moldovada parlament dövlət dilinin dəyişdirilməsinə HƏ dedi

Dünya

16 Mart 2023, 22:46

Moldova parlamenti dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Moldovanın "Point" nəşri məlumat yayıb.

 

Parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib.

 

Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb. 

 

Qeyd edək ki, Moldova parlamenti 101 deputatdan ibarətdir və qanun layihəsinin qəbul edilməsi üçün deputatların yarısından çoxu lehinə səs verməlidir.

 

Qanun layihəsinə əsasən, “Moldova dili” sözləri “rumın dili” ilə əvəz edilir. Moldovanın məktəb və universitetlərində rumın dili tədris edilir. Kiril əlifbasına əsaslanan Moldova dili isə yalnız rusların nəzarəti altında olan Dnestryanı bölgədə tədris olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu