
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yəmən Kosovonun müstəqilliyini tanıyan 100-cü ölkə oldu. Bu barədə Kosovonun xarici işlər naziri Ənvər Hocay məlumat verib. Yəmənin xarici işlər naziri Əbu Bəkr əl-Qurbi ilə danışdığını və Kosovonun rəsmən tanındığının təsdiqləndiyini bildirib. Xatırladaq ki, Kosovo 2008-ci ilin fevralında Serbiyadan birtərəfli qaydada ayrılaraq müstəqillik elan edib. 2010-cu ilin iyulunda Haaqa Beynəlxalq Məhkəməsi Kosovonun müstəqillik haqqında bəyannaməsinin beynəlxalq hüquqa zidd olmadığını təsdiqləmişdi.
Vüqar İsmayılov