Modern.az

Pekindən Ukraynaya vəd: Konstruktiv olacağıq

Pekindən Ukraynaya vəd: Konstruktiv olacağıq

17 Mart 2023, 11:23

"Si Tsinpinin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək, qarşılıqlı inam və anlaşmanı daha da gücləndirəcək".

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Həmçinin bildirilib ki, Pekin Ukrayna böhranı ilə bağlı obyektiv mövqe tutacaq və danışıqların irəliləyişində konstruktiv rol oynayacaq.

 

Çin sədri Si Tsinpinin Rusiyaya səfər tarixi də məlum olub. Səfərin 20-22 mart tarixlərində baş tutacağı açıqlanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu