Ukrayna prezidenti Volodimir Zelenski ukraynalıların özünə inamını yüksək qiymətləndirib.
Modern.az xəbər verir ki, o, bu haqda "Telegram" kanalında yazıb.
"Torpağımıza gələn işğalçı nə vaxt özünə inanarsa, ukraynalılar inamla düşmənin gözünün içinə baxaraq sübut edirlər ki, onlar yalnız Ukraynaya və yalnız ukraynalılara, yalnız Ukraynanın qələbəsinə inanırlar. Yaşasın, Ukrayna!", - deyə Zelenski qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.