Modern.az

Naftalanda görüş keçirildi - FOTOLAR

Naftalanda görüş keçirildi - FOTOLAR

Dünya

17 Mart 2023, 14:52

Naftalan Şəhər İcra Hakimiyyətində Dövlət Turizm Agentliyinin əməkdaşları ilə birlikdə görüş keçirilib. Görüşdə ŞİH-nin başçısı Vüqar Novruzov, BMT İnkişaf Proqramı (UNDP) çərçivəsində icra olunan “Azərbaycan Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsinin rəhbəri Rüfət Bağırov, Gəncə Turizm İnformasiya Mərkəzinin direktoru Zaur Bayramov iştirak edib.

 

Modern.az xəbər verir ki, görüşdə icra başçısı vurğulayıb ki, son illər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Naftalanda sağlamlıq turizmi potensialının inkişaf etdirilməsi üçün investisiya qoyuluşunda güzəştlərin tətbiqi ilə yeni müalicə mərkəzlərinin yaradılması, mövcud infrastrukturun bərpası və yenidən qurulması istiqamətində irimiqyaslı işlər aparılıb.

 

Həmçinin, Naftalan şəhəri üzrə nəzərdə tutulan fəaliyyətlərlə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, "Qaşaltı Bağları" adlı layihə çərçivəsində, Naftalana səfər edən turistlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə xüsusi istirahət məkanları yaradılacaqdır. Kiçik və Orta Biznes sahibkarları üçün dəstək proqramları çərçivəsində regionda dayanıqlı turizmin potensialını yüksəltmək, turist sayını artırmaq və sahibkarların inkişafına dəstək olmaq qarşıya qoyulan əsas məqsədlərdəndir. 

 

Qeyd edək ki, BMT-nin İnkişaf Proqramı və Dövlət Turizm Agentliyi ilə birgə icra olunan “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində, regionlarda turizmlə məşğul olan Kiçik və Orta Biznes sahibkarlarının şəraitinin yaxşılaşdırılması məqsədilə dəstək proqramını həyata keçirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!