Modern.az

Qoşunların Qarabağdan Ukraynaya aparılması Kremlin təsirini azaldır

Qoşunların Qarabağdan Ukraynaya aparılması Kremlin təsirini azaldır

17 Mart 2023, 16:15

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin elementlərini çıxararaq Ukraynaya yerləşdirməsi Rusiyanın Ermənistana təsirini azaldır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-da fəaliyyət göstərən Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında qeyd olunub.

 

“Ermənistanın baş naziri Nikol Paşinyan martın 16-da bildirib ki, Rusiya Federasiyası Qarabağda Moskvanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanat əməl edə bilməyəcəksə, Ermənistan BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir. Paşinyan bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrini öhdəliklərini yerinə yetirməməkdə ittiham etmişdi. Sülhməramlıların tərkibində çox güman ki, kifayət qədər kadr yoxdur. Rusiya ordusu 2022-ci ilin martında Rusiyanın yeganə ixtisaslaşmış sülhməramlı briqadası olan 15-ci Əlahiddə Qvardiya Motoatıcı Briqadasının hissələrini Qarabağdan Ukraynaya yerləşdirib", - deyə məlumatda bildirilib.

 

"2022-ci ilin iyun ayına kimi Ukraynaya göndərilən briqadanın 1800 əsgərindən 800-ü həlak olub, 400-ü yaralanıb. Moskva Ukraynada döyüşmək üçün Qırğızıstan, Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya əraziləri və Tacikistandakı Rusiya bazalarından daimi yerləşdirilmiş qoşunlarının elementlərini dislokasiya etdiyi üçün Rusiyanın digər postsovet ölkələrində hərbi təsirini itirməsi ehtimalı var", - analitiklər belə hesab edir

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu