Modern.az

Çavuşoğlu finlandiyalı həmkarı ilə görüşüb

Çavuşoğlu finlandiyalı həmkarı ilə görüşüb

17 Mart 2023, 16:25

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Haavisto ilə görüşüb.

 

Modern.az xəbər verir ki, nazir bu barədə tviter səhifəsində məlumat verib.

 

"NATO-nun genişlənməsini müzakirə etdik. Zəlzələ ilə bağlı dəstəkləri üçün təşəkkür etdik", - deyə XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, bu gün Finlandiya prezidenti Sauli Niinstö də Türkiyədə səfərdədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu