Modern.az

Ermənistanda 4 rus məktəbi açılacaq

Ermənistanda 4 rus məktəbi açılacaq

17 Mart 2023, 16:57

Ermənistan və Rusiya təhsil sahəsində əməkdaşlığı dərinləşdirir. Belə ki, Moskva və İrəvan Ermənistanda 4 rus məktəbinin tikintisi layihəsinə başlayıblar.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiay Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Ermənistan-Rusiya Parlamentlərarası Əməkdaşlıq Komissiyasının iclasında bildirib.

 

Onun sözlərinə görə,proqram Rusiya-Ermənistan hökumətlərarası komissiyası çərçivəsində həyata keçiriləcək, artıq xüsusi işçi qrupu yaradılıb. Ölkələr ümumi təhsil, elm və dil sahəsində əməkdaşlığı gücləndirəcəklər. Həmçinin, tərəflər arasında qarşılıqlı fəaliyyətin ən mühüm istiqamətlərindən biri gənclər siyasəti, regionlararası gənclər forumlarının keçirilməsi olacaq.

 

Qeyd olunub ki, bu il Ermənistandan olan məktəblilər Rusiya və digər Avrasiya İqtisadi İttifaqı ölkələrinin orta məktəb şagirdləri ilə birlikdə ilk dəfə olaraq birgə beynəlxalq layihənin iştirakçısı olacaqlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu