Modern.az

Zelenski 3 vilayətin rəhbərini işdən çıxardı

Zelenski 3 vilayətin rəhbərini işdən çıxardı

17 Mart 2023, 17:18

Ukrayna prezidenti Volodimir Zelenski müharibə dövründə regionların rəhbərlərinin rotasiyasının davam etdirilməsi barədə qərar qəbul edib.

 

Modern.az “Strana” nəşrinə istinadən xəbər verir ki, Zelenski 3 vilayətin rəhbərini işdən çıxarıb. 

 

Onun sərəncamları ilə Luqansk, Odessa və Xmelnitski vilayətlərinin rəhbərləri vəzifədən azad edilib.

 

Qeyd edək ki, bu, il ərzində rayon rəhbərlərinin işdən çıxarılmasının ikinci dalğasıdır. Yanvarın sonunda da Zelenski 5 vilayət administrasiyasının rəhbərini eyni gündə vəzifəsindən uzaqlaşdırmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu