ABŞ ordusuna məxsus RQ-4 "Global Hawk" kəşfiyyat tipli pilotsuz uçuş aparatı Qara dəniz üzərində görünüb.
Modern.az xəbər verir ki, bu barədə dünya üzərində uçuşları izləyən "Flightradar24" saytında məlumat verilib.
PUA-nın Qara dəniz üzərində uçuş həyata keçirdiyi bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın iki Su-27 təyyarəsi Qara dəniz üzərində "Reaper" pilotsuz uçuş aparatının qarşısını kəsib. Qırıcılar PUA-nın üzərinə yanacaq tökərək pərvanəsini zədələyib, nəticədə aparat qəzaya uğrayıb. Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Krım bölgəsindəki Rusiya "sərhədi" istiqamətində ABŞ PUA-sının uçuşu qeydə alınıb və buna cavab olaraq Rusiya qırıcıları havaya qaldırılıb.