Modern.az

24 yaşlı Ərdoğan deputat olmaq istəyir 

24 yaşlı Ərdoğan deputat olmaq istəyir 

17 Mart 2023, 21:55

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni ad və soyadı daşıyan 24 yaşlı gənc parlament seçkilərində iştirak etmək niyyətindədir.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Nevşehirdən olan Rəcəb Tayyib Ərdoğan AKP-nin deputatı olmaq üçün namizədliyini irəli sürüb.

 

Gənc Ərdoğan jurnalistlərə açıqlamasında kompüter proqramlaşdırma fakültəsini bitirdiyini bildirib.

 

Deputatlığa namizəd qeyd edib ki, atası prezident Ərdoğanın 1999-cu ildə şeir dediyi üçün həbs edilməsindən təsirlənib və oğluna onun adını verib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu