Türkiyənin ilk yerli döyüş təyyarəsi sınaqlara başlayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, sınaqlar hələlik uçuş-enmə zolağında keçirilir.
Martın 16-da keçirilən sınaq zamanı milli döyüş təyyarəsi öz mühərriklər ilə uçuş-enmə zolağına çıxarılıb. Bir müddət zolaqda hərəkət edən qırıcı ilk sınağını uğurla tamamlayıb.
Quruda sınaqları tamamlandıqdan sonra təyyarə havaya qaldırılacaq.
Qeyd edək ki, Milli Döyüş Təyyarələri layihəsi 5 avqust 2016-cı ildə başladılıb. Layihənin 2026-cı ilə başa çatması planlaşdırılır.