Modern.az

Lukaşenko Putinlə nələri müzakirə etdi?

Lukaşenko Putinlə nələri müzakirə etdi?

Dünya

18 Mart 2023, 00:45

Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq, eləcə də Rusiya və Belarus İttifaq Dövləti Ali Dövlət Şurasının aprel ayına planlaşdırılan sessiyası ilə bağlı məsələlər müzakirə olunub.

 

Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması çərçivəsində mümkün qarşılıqlı fəaliyyət mövzuları barədə fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu