Modern.az

Rusiya yeni səfərbərliyə hazırlaşır - Kəşfiyyat məlumatı

Rusiya yeni səfərbərliyə hazırlaşır - Kəşfiyyat məlumatı

Dünya

18 Mart 2023, 11:32

Rusiya hərbi ehtiyaclarını qarşılamaq üçün daha geniş hərbi çağırışa hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Bildirilib ki, martın 13-də Rusiya Dövlət Dumasına hərbi çağırış yaşının dəyişdirilməsi haqqında qanun layihəsi təqdim edilib. Qanun böyük ehtimalla 2024-cü ilin yanvarında qəbul olunacaq və qüvvəyə minəcək.

 

Sovet dövründən bəri Rusiyada ildə iki dəfə hərbi xidmətə çağırışlar keçirilir. Bu çağırışlar 2022-ci ilin sentyabrından ehtiyatda olanların “qismən səfərbərliyindən” fərqlənir.

 

Rusiya hərbi xidmətə çağırılanların Ukraynada döyüş əməliyyatlarında iştirakını rəsmən qadağan edir. Lakin, Britaniya kəşfiyyatının məlumatına görə, ən azı yüzlərlə insan müqavilə imzalamağa məcbur edilir, daha sonra döyüşlərə göndərilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!