Modern.az

Taxıl sazişinin uzadılmasını təmin etdik - Ərdoğan 

Taxıl sazişinin uzadılmasını təmin etdik - Ərdoğan 

18 Mart 2023, 21:52

Türkiyə Rusiya və Ukrayna arasında taxıl sazişinin müddətinin uzadılmasında vasitəçilik edib.

 

Mordern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

 

Ərdoğan Taxıl Dəhlizi Müqaviləsi müddətinin martın 19-da sona çatdığını xatırladıb.

 

“Hər iki tərəflə apardığımız danışıqların sonunda martın 19-da başa çatacaq müqavilənin uzadılmasını təmin etdik", - Türkiyə lideri bildirib.

 

O qeyd edib ki, müqavilə çərçivəsində 800-dən çox gəmi ilə 25 milyon ton taxıl daşınıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?