Modern.az

Rusiya Ukraynanın bu şəhərini vurdu - Ölənlər var

Rusiya Ukraynanın bu şəhərini vurdu - Ölənlər var

18 Mart 2023, 23:12

Martın 18-də Rusiya ordusu Ukraynanın Kramatorski şəhərinə aviazərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin rəhbəri Pavlo Kirilenko məlumat yayıb.

 

Bildirilib ki, zərbələr nəticəsində 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Onun sözlərinə görə, hücum zamanı ona yaxın yaşayış binası və bir neçə avtomobilə ziyan dəyib.

 

Rusiyanın kaset tipli sursatlardan istifadə etdiyi qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir