Modern.az

Əfqanıstanda çətənə becərilməsi qadağan edildi 

Əfqanıstanda çətənə becərilməsi qadağan edildi 

Dünya

18 Mart 2023, 23:44

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının lideri Heybətullah Axundzadə bütün ölkə ərazisində çətənə (marixuana) yetişdirilməsini qadağan edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Talibanın nümayəndəsi Zəbiullah Mücahid "Twitter" hesabında məlumat yayıb. 

 

"Bundan sonra heç kim öz torpağında çətənə əkə bilməz və kimsə öz torpağında çətənə əkərsə, o, məhv ediləcək”, - açıqlamada bildirilib.

 

Taliban lideri ölkənin Daxili İşlər Nazirliyinə və istintaq orqanlarına cinayətkarları məsuliyyətə cəlb etməyi, məhkəmələrə isə “onları şəriət qanunlarına əsasən cəzalandırmağı” tapşırıb.

 

Qeyd edək ki, Əfqanıstan dünyada çətənə bitkisinin ən böyük istehsalçısıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar