Modern.az

Putin Mariupola səfər edib

Putin Mariupola səfər edib

Dünya

19 Mart 2023, 08:06

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk vilayətinin işğal altında olan Mariupol şəhərinə səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi Kremlə istinadən məlumat yayıb.

 

Putinin Mariupolda bir sıra obyektlərə baxış keçirdiyi, yerli sakinlərlə söhbət etdiyi bildirilib. Onun Mariupola helikopterlə gəldiyi, sonra avtomobillə şəhərin bir neçə ərazisinə, o cümlədən, yaxta klubunun yaxınlığındakı Mariupol sahil xəttinə baş çəkdiyi qeyd olunub.

 

Bundan əvvəl Putinin 9 il əvvəl ilhaq edilən Krıma səfər etdiyi açıqlanmışdı.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi