Modern.az

Rusiya və Çinlə danışıqlar aparmaq vacibdir - Yunker

Rusiya və Çinlə danışıqlar aparmaq vacibdir - Yunker

Dünya

19 Mart 2023, 11:58

Avropa Komissiyasının keçmiş rəhbəri Jan-Klod Yunker Ukraynanın tezliklə Aİ-yə qəbul olunmayacağını və Rusiya ilə danışıqlar aparmağın zəruri olduğunu bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, "Luxemburger Post" qəzetinin podkastında danışıb.

 

"Mən hesab edirəm ki, müəyyən səbəblərdən Ukraynanın Aİ-yə daxil olmaq perspektivi var, lakin Ukraynaya tezliklə Avropa İttifaqına daxil olacağını vəd edən bir çox siyasətçilərin, o cümlədən Qərb siyasətçilərinin ehtiyatsızlığı məni çox qıcıqlandırır. Mən belə bir variant görmürəm", - deyə Yunker söyləyib.

 

Onun sözlərinə görə, Ukrayna yalnız müharibə başa çatdıqdan və bütün islahatlardan sonra Aİ-yə daxil ola biləcək və bu, yalnız uzunmüddətli perspektivdə mümkün ola bilər.

 

"Müharibə şəraitində olan və buna görə də bəzi siyasi səbəblərdən islahat aparmaq iradəsini tam açıqlaya bilməyən bir ölkəni sadəcə olaraq Avropa İttifaqına qəbul etmək qəbuledilməzdir”, - Yunker əlavə edib.

 

AK-nin keçmiş rəhbəri Rusiya və Çinlə təmasların tərəfdarı olduğunu bildirib və danışıqlara hazır olmaq barədə siqnallar verməyə çağırıb. Onun fikrincə, Putin ciddi sülh danışıqlarına heç bir halda iradə göstərmir: "Buna görə də Ukraynanı sülhə məcbur etmək mümkün deyil, çünki bu, ədalətsizlik olar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür