Modern.az

Kanada Ukraynaya növbəti hərbi yardım partiyası göndərdi

Kanada Ukraynaya növbəti hərbi yardım partiyası göndərdi

19 Mart 2023, 13:28

Kanada Ukraynaya zirehli texnikanın da daxil olduğu daha bir partiya hərbi yardım göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Anita Anand öz tviter səhifəsində bildirib.

 

Nazir əlavə edib ki, Kanada Ukraynanı nə qədər lazımdırsa, o qədər də dəstəkləyəcək.

 

Bildirilib ki, yardıma Almaniyanın "Leopard 2" tankı əsasında Almaniya və Niderlandın birgə istehsalı olan "Bergepanzer 3" zirehli restavratoru da daxildir. Onun döyüş meydanındakı əsas vəzifəsi zədələnmiş texnikanı ərazidən çıxarmaqdır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi