Modern.az

Avropa silah şirkətləri Ukraynaya görə çatışmazlıqla üzləşib 

Avropa silah şirkətləri Ukraynaya görə çatışmazlıqla üzləşib 

Dünya

19 Mart 2023, 15:50

Avropa silah şirkətləri Ukraynaya tədarük olunan mərmilər üçün partlayıcı çatışmazlığı ilə üzləşib.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.

 

Nəşrin məlumatına görə, söhbət trotil, barıt və plastid kimi komponentlərdən gedir. Bununla bağlı Avropa şirkətləri digər ölkələrdən, xüsusilə Hindistan və Cənubi Koreyadan partlayıcı maddələrin tədarükünü artırmağa çalışacaq.

 

Bildirilib ki, istehsalçılar, sənaye liderləri və Avropa İttifaqı rəsmiləri xəbərdarlıq edib ki, artan tələb həm də Ukraynada müharibə başlayandan bəri təxminən 20% bahalaşan qiymətlərin daha da artmasına səbəb ola bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır