Modern.az

İmran Xana qarşı yeni İTTİHAMLAR 

İmran Xana qarşı yeni İTTİHAMLAR 

19 Mart 2023, 23:18

Pakistan polisi ölkənin keçmiş baş naziri İmran Xana qarşı yeni ittihamlar irəli sürüb.

 

Modern.az AP agentliyinə istinadən xəbər verir ki, o və 17 köməkçisi, eləcə də bəzi tərəfdarları bir sıra cinayətlərdə ittiham olunur.

 

İmran Xan, keçmiş və indiki deputatlar, sabiq nazirlər, parlamentin keçmiş spikeri və eks-baş nazirin onlarla tərəfdarı terrorizm, polisin işinə mane olmaq, polis əməkdaşlarına hücum etmək, onları yaralamaq maddələri üzrə məsuliyyətə cəlb ediləcək.

 

Qeyd edək ki, martın 18-də İmran Xanın tərəfdarları polislə toqquşub. Nəticədə 50-dən çox polis yaralanıb, polis postu, bir neçə avtomobil və motosiklet yandırılıb. Polis Xanın 59 tərəfdarını saxlayıb. 

 

Xan 2018-ci ildən Pakistanın baş naziri vəzifəsini tuturdu. 2022-ci ilin aprelində o, vəzifəsindən uzaqlaşdırılıb, daha sonra dövlət vəzifələrində işləmək hüququndan məhrum edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi