Modern.az

Qazaxıstandakı seçkilərin ilkin NƏTİCƏLƏRİ 

Qazaxıstandakı seçkilərin ilkin NƏTİCƏLƏRİ 

19 Mart 2023, 23:33

Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda parlament seçkiləri keçirilib.

 

Modern.az bildirir ki, ölkənin "KazTAG" agentliyi seçkilərlə bağlı ilkin "exit-poll" nəticələrini açıqlayıb.

 

Avrasiya İnteqrasiya İnstitutunun məlumatına görə, hakim "Amanat" partiyası 53.46% səs qazanıb. İnstitutun açıqlamasında partiyaların qazandıqları səslər aşağıdakı kimidir:

 

53,46% - Amanat

10,52% - "Aul"

8,9% - Respublika

6,25% - Xalq Partiyası

3,22% - Baytak

7,87% - "Ak Yol"

5,31% - Milli Sosial Demokrat Partiyası

 

Bundan başqa, Demokratiya İnstitutu və Kompleks Sosial Araşdırmalar İnstitutunun açıqladığı məlumatlarda da hakim partiyanın 53-54% səs topladığı bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir