Modern.az

Putin danışıqlar üçün şərtini AÇIQLADI 

Putin danışıqlar üçün şərtini AÇIQLADI 

20 Mart 2023, 00:46

Moskva Ukraynadakı vəziyyətin “geosiyasi reallıqlar nəzərə almaqla” siyasi-diplomatik həllinə hazırdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

 

Putinin sözlərinə görə, Rusiyaya ünvanlanan  ultimatum xarakterli tələblər mövcud reallıqlardan qopmaqdan və vəziyyətdən çıxış yolu tapmağa maraqlı olmamaqdan xəbər verir.

 

O qeyd edib ki, 2022-ci ilin yazında sülh danışıqları Rusiya tərəfindən dayandırılmayıb.

 

Rusiya prezidentinin sözlərinə görə, Kiyev “mövcud vəziyyətdən çıxış yolu axtarmaqda” maraqlı deyil.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?