Modern.az

Çin sədri Rusiya mətbuatı üçün məqalə yazdı

Çin sədri Rusiya mətbuatı üçün məqalə yazdı

Dünya

20 Mart 2023, 09:34

Çin lideri Si Tsinpin Moskva səfəri ərəfəsində Rusiya mətbuatı üçün xüsusi olaraq müəllif yazısı yazıb.

 

Modern.az xəbər verir ki, məqalə Rusiyanın əksər media orqanlarında dərc olunub.

 

Yazıda o, Ukraynadakı müharibəni də şərh edib. Tsinpin Çinin sülh planını Ukrayna böhranının aradan qaldırılması ilə bağlı dünya birliyinin baxışlarının vəhdətini maksimal şəkildə əks etdirən sənəd adlandırıb.

 

Çin sədri həmçinin bildirib ki, Çin və Rusiya əbədi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq konsepsiyasına sadiqdirlər.

 

"İkitərəfli münasibətlər bloklara qoşulmamaq, qarşıdurmaya getməmək və üçüncü tərəflərə qarşı yönəlməmək prinsiplərinə əsaslanır. İki ölkə milli reallıqlara uyğun inkişaf yolu ilə getməkdə, inkişaf və dirçəlişi təmin etmək üçün bir-birini qətiyyətlə dəstəkləyir", - deyə o qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI