Rusiya tərəfindən işğal olunan Ukraynanın Krım bölgəsində 4 məktəbli saxlanılıb.
Modern.az NEXTA-ya istinadən xəbər verir ki, şagirdlər Rusiya bayrağını cırıb tapdalamaqda ittiham olunurlar.
Məlumata görə, hadisə 1 il əvvəl Aluştada baş verib. Lakin Rusiya işğalına etiraz etmək istəyən məktəblilərin bu addımının əks olunduğu video sosial şəbəkələrdə indi məşhurlaşıb.