Modern.az

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

Qızıl mədəninə silahlı basqın: 9 nəfər öldürüldü

Dünya

20 Mart 2023, 10:31

Mərkəzi Afrika Respublikasında qızıl mədəninə silahlı hücum edilib.

 

Modern.az xəbər verir ki, Çin tərəfindən istifadə olunan mədənə hücum zamanı 9 Çin vətəndaşı öldürülüb, 2-si yaralanıb.

 

Mədənin yerləşdiyi ərazinin bələdiyyə başçısı Abel Matipata bildirib ki, hadisə yerli vaxtla saat 05:00 radələrində baş verib. Onun sözlərinə görə, mədəndə işlər bir neçə gün əvvəl başlayıb. 

 

Həlak olan 9 çinlinin cənazələri MAR-ın paytaxtına aparılıb. Hücumu təşkil edənlərin saxlanılması üçün əməliyyat-axtarış işləri görülür. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

 

Üsyançı Vətənsevərlər Koalisiyası isə hadisə ilə bağlı açıqlama yayaraq, hücumun arxasında Rusiyanın “Vaqner” muzdlu hərbi birləşməsinin dayandığını iddia edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI