Modern.az

TDT Müşahidə Missiyası Qazaxıstandakı seçkiləri izləyib - BƏYANAT

TDT Müşahidə Missiyası Qazaxıstandakı seçkiləri izləyib - BƏYANAT

Dünya

20 Mart 2023, 11:44

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası Parlament Assambleyasına seçkiləri izləmək üçün 17-20 mart 2023-cü il tarixlərində Qazaxıstanda səfərdə olub.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.



Nümayəndə heyəti seçkiqabağı təmasları çərçivəsində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov, “Auyl”, “Milli Sosial Demokrat Partiyası” və “Amanat” siyasi partiyalarının nümayəndələri ilə görüşlər keçirib.

 

Seçki günü Missiya Astanada 32 seçki məntəqəsində səsvermə prosedurlarını müşahidə edib. Ümumilikdə seçkilərin normal keçdiyi vurğulanıb.

 

Təşkilatın seçkilərlə bağlı bəyanatının tam mətnini buradan oxumaq mümkündür: //www.turkicstates.org/assets/pdf/haberler/seicim-beyanati-ingilizce-2852-171.pdf

 

Qeyd edək ki, martın 19-da Qazaxıstanda parlament seçkiləri keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI