Ermənistan müxalifəti parlamentdə Konstitusiya Məhkəməsi üzvü Seda Safaryanın səlahiyyətlərinə xitam verilməsinin zəruriliyi ilə bağlı məsələ qaldırıb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" parlament fraksiyasının katibi Artsvik Minasyan dövlət-hüquq məsələləri üzrə komissiyanın iclasında danışıb.
O bildirib ki, Seda Safaryan qanunları pozaraq, fərdi sahibkar olmaqla yanaşı, Konstitusiya Məhkəməsinin hakimi olub.
"Buna görə də parlament onun səlahiyyətlərinə xitam verilməsi tələbi ilə məhkəməyə müraciət etməlidir", - deyə deputat söyləyib.
Hakimiyyət nümayəndələri isə onunla razılaşmayıb və müxalifətin Safaryana qarşı qərəzli olduğunu deyiblər.