Modern.az

5 nəfər buzda yıxıldı, biri öldü

5 nəfər buzda yıxıldı, biri öldü

Dünya

20 Mart 2023, 13:36

Rusiyanın Yaroslavl vilayətinin Nekrasovski rayonunda 5 nəfər buzda yıxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Nekrasovski rayonunun rəhbəri Pavel Kulakov məlumat verib.

 

"5 nəfər yıxılıb, iki nəfər xilas edilib, bir nəfər isə təcili yardım maşınında ölüb. Üç nəfərdən hələ də xəbər alınmayıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir", - Kulakov bildirib.

 

Onun sözlərinə görə, hadisə gecə saat 03:00 radələrində Dievo-Qorodişe qəsəbəsi ərazisində qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI