Modern.az

Rusiya və Çin etibarlı tərəfdaşlardır - Tsinpin

Rusiya və Çin etibarlı tərəfdaşlardır - Tsinpin

Dünya

20 Mart 2023, 14:44

"Çin və Rusiya yaxşı qonşular və etibarlı tərəfdaşlardır. Çin Rusiya ilə birlikdə beynəlxalq hüquqa əsaslanan dünya nizamını qorumağa hazırdır".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Çin sədri Si Tsinpin deyib.

 

"Rusiya Federasiyasına səfər Rusiya-Çin münasibətlərinin və strateji qarşılıqlı fəaliyyətin inkişafına yeni təkan verəcək. Putinlə beynəlxalq məsələləri müzakirə etmək və strateji əməkdaşlığın inkişafı planını müəyyən etmək lazımdır. Rusiya Federasiyası ilə ÇXR arasında münasibətlərin inkişafı təkcə onların xalqlarına xeyir gətirmir, həm də bütün dünyanın tərəqqisinə mühüm töhfə verir", - deyə Tsinpin söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI