Modern.az

İsrail prezidenti Tokayevlə danışıqlar apardı

İsrail prezidenti Tokayevlə danışıqlar apardı

Dünya

20 Mart 2023, 14:50

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə İsrail prezidenti İsak Hersoq arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

 

Bildirilib ki, prezidentlər ticarət-iqtisadi sahədə Qazaxıstan-İsrail əməkdaşlığının gücləndirilməsi perspektivlərini müzakirə ediblər.

 

İkitərəfli ticarətin artımının müsbət dinamikası, o cümlədən ölkələr arasında mədəni-humanitar əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI