Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsinin Ermənistanla ticarət sahəsində əməkdaşlığından danışıb.
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, o, ermənistanlı həmkarı Ararat Mirzoyanla Moskvadakı görüşündə bu mövzuya toxunub.
"Hələlik biz ticarətimizi dollarla hesablayırıq, lakin bu müvəqqətidir", - Lavrov deyib.
O, iki ölkə arasındakı ticarət əlaqələrində rubla keçidin anonsunu verib.