Türkiyədə namizədlərin qeydə alınması prosesinə start verilib.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq müraciət edənlər var.
Belə ki, "ATA İttifaqı"nın prezidentliyə namizədi Sinan Oğan və Məmləkət Partiyasının sədri Muharrem İnce bu gün Ali Seçki Komissiyasına prezidentliyə namizədliklərinin qeydə alınması ilə bağlı rəsmi müraciət ediblər.
Bundan əvvəl isə Vətən Partiyasının sədri Doğu Perinçek namizədlik üçün müraciət etmişdi. Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakan da bu gün rəsmi müraciət edəcəyini elan edib.
Qeyd edək ki, Türkiyədə parlament və prezident seçkiləri mayın 14-də keçiriləcək.