Modern.az

Putinin həbsi ilə bağlı qərar ciddi qəbul edilməlidir - Borrel

Putinin həbsi ilə bağlı qərar ciddi qəbul edilməlidir - Borrel

Dünya

20 Mart 2023, 15:58

"Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya diktatoru Vladimir Putinin həbsi ilə bağlı qərarı ciddi qəbul edilməlidir. Bu, oyun qaydalarını dəyişdirəcək qərardır".

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

 

"Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Putinə qarşı çıxardığı qərar çox vacibdir. Bu, oyun qaydalarını dəyişdirəcək. Baxmayaraq ki, Rusiya hakimiyyəti BCM-nin bu qərarını inkar edir və deyir ki, Rusiya bu müqaviləni imzalayan ölkələrdən deyil, bu qərarın praktiki nəticələrinə baxmalıyıq. Əgər Putin bu beynəlxalq müqaviləni imzalayan 130-dan çox ölkədən birinə səfər edərsə, o, dərhal həbs edilməlidir", - deyə Borrel söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI