Rəsmi Pekin Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı qərarına münasibət bildirib.
Modern.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin məhkəməni “qərəzsiz mövqe" sərgiləməyə çağırıb.
“Beynəlxalq Cinayət Məhkəməsi obyektiv və qərəzsiz mövqe tutmalı, dövlət başçısının beynəlxalq hüquq normalarına uyğun olaraq malik olduğu yurisdiksiya toxunulmazlığına hörmət etməli, öz funksiya və səlahiyyətlərini sağlam şəkildə, qanun çərçivəsində həyata keçirməli, qanunları vicdanla şərh etməli və tətbiq etməlidir. Beynəlxalq hüquqa riayət edin, siyasiləşmədən və ikili standartlardan qaçın”, - Pekin Putinin həbsinə dair qərara etirazını bildirib.