"Ermənistan KTMT missiyasını heç vaxt tərk etməyib, qərar layihəsi masadadır".
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
"İrəvanda belə təəssürat yaranıb ki, KTMT-dən olan həmkarlar dolayısı ilə təşkilatın açıq-aşkar məsuliyyət zonasını tanımırlar. Bir qədər problemlər var idi, amma həll layihəsi hazırda masadadır, iş davam edir", - deyə o bildirib.
Mirzoyan onu da xatırladıb ki, hazırda Ermənistan sərhədində fəaliyyət göstərən Aİ missiyası müstəsna mülki xarakter daşıyır.