Avropa Komissiyası Türkiyəyə 1 milyard, Suriyaya isə 108 milyon avro məbləğində yardım ayırıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib.
Onun sözlərinə görə, hər iki ölkəyə ayrılan vəsait zəlzələ bölgələrində bərpa-quruculuq işlərinə xərclənəcək.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.