"Zəlzələnin səbəb olduğu ziyanın dəyərinin təxminən 104 milyard dollara çatacağı anlaşılır. Bu miqyasda fəlakətin öhdəsindən heç bir ölkənin təkbaşına çıxması mümkün deyil".
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Zəlzələ bölgəsindəki 11 əyalətdə dağılmış, təcili sökülməsi vacib olan, ağır zədələnmiş və ya istifadəyə yararsız binaların sayı 298 minə çatır", - deyə o əlavə edib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və 50 mindən çox insanın həyatını itirməsinə səbəb olub.