Modern.az

Qərb öz xidmətlərini 3 Qafqaz ölkəsinə sırımağa çalışır - Lavrov

Qərb öz xidmətlərini 3 Qafqaz ölkəsinə sırımağa çalışır - Lavrov

Dünya

20 Mart 2023, 17:18

“Qərb öz xidmətlərini üç Cənubi Qafqaz ölkəsinə sırımağa çalışır və Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır. Bu, öz sərhədlərindən uzaqda, hər yerdə hökmranlıq etmək, öz hegemonluğunu təsdiq etmək üçün edilir".

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.

 

"Qərb geosiyasi gündəmlərlə yanaşı, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan QHT-lərə müxtəlif dəstəkləri təbliğ edir. Biz regionda Qərblə dialoq üçün heç bir imkan və ehtiyac görmürük”, - deyə Lavrov əlavə edib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI