"Hörmətli vətəndaşlarım, dəyərli təhsil ictimaiyyətimizin nümayəndələri, burada sizinlə bir şad xəbəri bölüşmək istəyirəm. Təhsil sistemimizin keyfiyyətini yüksəltmək və kadrlarımızı daha da gücləndirmək üçün 45 min yeni müəllim işə götürəcəyik. Biz müəllimlərimizi fəlakət bölgələrinə ilk növbədə zəlzələnin yaralarını sağaltmaq üçün göndərəcəyik. Bütün müəllimlərimizi, onların ailələrini, tələbələri və təhsil ictimaiyyətimizə xeyirli olsun".
Modern.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tviter səhifəsində yazıb.
Sevgili vatandaşlarım, eğitim camiamızın değerli üyeleri, buradan sizlerle bir müjdeyi paylaşmak istiyorum… //t.co/1RNfOH5A5k
— Recep Tayyip Erdoğan (@RTErdogan) March 20, 2023