Modern.az

Putinlə Çin lideri arasında kritik görüş - YENİLƏNİB

Putinlə Çin lideri arasında kritik görüş - YENİLƏNİB

Dünya

20 Mart 2023, 22:05

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında təkbətək keçirilən qapalı görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"nin Kremldəki müxbiri məlumat verib.

 

Bildirilib ki, görüş 4 saat yarım davam edib. Tərəflər arasında görüş daha geniş tərkibdə sabah davam edəcək.

 

Danışıqların detalları hələlik açıqlanmayıb.

 

***

21:49

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin arasında görüş 4 saatdan çoxdur davam edir.

 

Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov görüşün davam etdiyini təsdiqləyib.

 

TASS bildirib ki, Kremlin binasında liderlər arasında ilkin danışıqlar keçirilib, daha sonra işgüzar nahar zamanı təkbətək görüş başlayıb. Si Cinpinin daha sonra Rusiya baş naziri Mixail Mişustinlə də görüşü nəzərdə tutulub.

***

17:38

Rusiya prezidenti Vladimir Putin və Moskvada səfərdə olan Çin sədri Si Cinpin arasında görüş başlayıb.

 

Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş Kremldə keçirilir.

 

Qeyd edək ki, bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov liderlərin bir araya gəlməsinin Moskva vaxtı ilə 16:30-da (Bakı vaxtı ilə 17:30-da - red.) olacağını demişdi.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI