ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid istefa verəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Dövlət Departamentinə istinadən məlumat yayıb.
Bildirilir ki, Donfrid şəxsi həyatına daha çox vaxt ayırmaq üçün istefa vermək niyyətindədir. İstefanın mart ayının sonunda elan ediləcəyi gözlənilir.
Donfridin yerinə kimin təyin ediləcəyi məlum deyil.
Qeyd edək ki, o, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə töhfə vermək üçün bir neçə dəfə Bakı və İrəvana səfər edib.