Modern.az

Rusiya Afrika ölkələrinin 20 milyard borcunu silib

Rusiya Afrika ölkələrinin 20 milyard borcunu silib

Dünya

20 Mart 2023, 18:34

Rusiya Afrika ölkələrinin 20 milyard dollardan çox borcunu silib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində çıxışı zamanı məlumat verib.

 

O qeyd edib ki, Rusiyanın Afrika ölkələri ilə ticarətinin həcmi 2022-ci ildə təxminən 18 milyard dollara çatıb.

 

Putinin sözlərinə görə, Ukraynadan ərzaq məhsullarının daşınmasına imkan verən Taxıl Sazişi çərçivəsində ixrac edilən taxılın yalnız 3 faizi Afrika ölkələrinə göndərilib. O qeyd edib ki, Rusiya Federasiyasından Afrikaya təxminən 12 milyon ton taxıl göndərilib.

 

"Biz Afrika ölkələrinə elektrik enerjisi istehsalında kömək etməyə davam edəcəyik, qitə ölkələri elektrikə olan ehtiyacın yalnız dörddə birini təmin edir", - Putin deyib.

 

Onun sözlərinə görə, ölkələr arasında hərbi-texniki əməkdaşlıq, o cümlədən Afrika ölkələrinə Rusiya istehsalı silah və hərbi texnikasının tədarükü davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI