Modern.az

İraqın baş naziri Türkiyəyə GƏLİR

İraqın baş naziri Türkiyəyə GƏLİR

Dünya

20 Mart 2023, 19:53

İraqın Baş naziri Məhəmməd Şia əs-Sudani martın 21-22-də Türkiyəyə rəsmi səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində Türkiyə-İraq əlaqələrinin bütün aspektləri nəzərdən keçiriləcək.

 

Görüşlərdə ikitərəfli əlaqələr, terrorla mübarizə, İraqın yenidən qurulması, ticarət və enerji sahələrində birgə addımların müzakirə olunacağı gözlənilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI