Modern.az

Təhlükəsizlik Xidməti sərnişinlərin hərəkətinə nəzarət edəcək

Təhlükəsizlik Xidməti sərnişinlərin hərəkətinə nəzarət edəcək

21 Mart 2023, 17:47

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) beynəlxalq və daxili reyslərdə nəqliyyatda sərnişinlərin hərəkətinə nəzarət edəcək.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Ali Rada tərəfindən qəbul edilib.

 

Bildirilib ki, UTX yanında Antiterror Mərkəzi nəqliyyat şirkətlərindən sərnişinlər və şəxsi heyət haqqında məlumat almaq hüququna malik olacaq. Beynəlxalq uçuşlarda isə daşıyıcıdan sərnişinlər haqqında məlumatı quruma ötürmək tələb olunacaq.

 

Qeyd olunub ki, UTX bu məlumatı terror fəaliyyətində iştirak edən şəxslərin hərəkətinə qarşı mübarizə aparmaq üçün xarici tərəfdaşlara verəcək.

 

Xalq deputatı Oleksiy Qonçarenko vurğulayıb ki, sənəd terrorizmin qarşısının alınması üzrə Avropa Konvensiyasına uyğun olaraq hazırlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?