Modern.az

Stoltenberq Pekini Kiyevlə danışmağa ÇAĞIRDI

Stoltenberq Pekini Kiyevlə danışmağa ÇAĞIRDI

Dünya

21 Mart 2023, 17:54

NATO-nun baş katibi Yens Stoltenberq rəsmi Kiyevin Rusiya ilə müharibəyə baxışını başa düşmək üçün Çini Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar aparmağa çağırıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Stoltenberq bu barədə Çin lideri Si Tsinpin və Rusiya prezidenti Vladimir Putinin Moskvadakı danışıqlarını şərh edərkən bildirib.

 

Stoltenberq davamlı sülhə aparmağa qadir olan istənilən təşəbbüsləri dəstəklədiklərini vurğulayıb.

 

O qeyd edib ki, Çinin sülh planında bir sıra müsbət təkliflər də var: "Xüsusilə, nüvə təhlükəsizliyi və mülki şəxslərlə bağlı".

 

Bununla belə, Stoltenberq əlavə edib ki, istənilən sülh planında Ukraynanın ərazi bütövlüyünə hörmət olmalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı