Modern.az

Pakistan və Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB

Pakistan və Əfqanıstanda zəlzələdə ölənlərin sayı artdı - YENİLƏNİB

Dünya

22 Mart 2023, 07:50

Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində azı 9 nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, Əfqanıstanın şərqində yerləşən Laqman əyalətində isə daha iki nəfər ölüb.

 

İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfər olub, 44 nəfər yaralanıb.

 

***

00:50

 

Əfqanıstanda baş verən zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva vilayətində azı iki nəfər həlak olub.

 

Modern.az xəbər verir ki, bu barədə Pakistanın "Dawn" qəzeti yazıb.

 

Əfqanıstanın şərqində yerləşən Laqman vilayətində daha iki nəfərin öldüyü açıqlanıb.

 

Zəlzələ nəticəsində 150-dən çox şəxsin yaralandığı bildirilir.

 

***

22:42

Əfqanıstanda baş verən güclü zəlzələ Pakistanda dağıntılara və itkilərə səbəb olub.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Zəlzələ 194 km dərinlikdə baş verib və episentri Əfqanıstanın ucqar şimalındakı Bədəxşan əyalətinin yaxınlığında, Hindukuş dağ silsiləsində yerləşib.

 

Pakistanın şimalındakı Svat rayonunda zəlzələnin təsiri ilə divar uçub, 13 yaşlı qız həlak olub, 34 nəfər isə yaralanıb. Əfqanıstanda dağıntıların olub-olmaması barədə məlumat verilməyib, hazırda yoxlamalar aparılır.

 

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ 6,5 ​​bal gücündə olun, Pakistan, Hindistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan və Türkmənistanda təxminən 285 milyon insan tərəfindən hiss edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür