Modern.az

Çin Ukraynada konstruktiv rol oynamaq istəyirsə... - ABŞ-dan REAKSİYA

Çin Ukraynada konstruktiv rol oynamaq istəyirsə... - ABŞ-dan REAKSİYA

Dünya

22 Mart 2023, 00:08

ABŞ Çinin Ukrayna ilə bağlı mövqeyinə münasibət bildirib.


Modern.az xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi danşıb.

 

O deyib ki, Çin Ukraynada konstruktiv rol oynamaq istəyirsə, Si Cinpin Rusiyanı Ukraynaya hücum etməyə son qoymağa çağırmalıdır.

 

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Çin lideri Si Cinpin ölkəsinin Ukrayna məsələsində sülh və dialoqun tərəfdarı olduğunu bildirib.  O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub. "Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe tutur, barışığı fəal şəkildə təşviq edir. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, - deyə Çin lideri vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı